Simsar.az | bizi özünüzə Simsar bilin
Sərnişin avtobusu qəzaya uğrayıb - GƏNCƏDƏ

Gəncədə 6 nömrəli xətt üzrə işləyən marşrut avtobusu qəzaya düşüb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bala Bağman qəsəbəsində baş verib. Belə ki, "Hyundai" markalı sərnişin avtobusu "Qazel" markalı yük maşını ilə toqquşub. Nəticədə avtobusda olan üç sərnişin və yük maşınının sürücüsü xəsarət alıb.

Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

30 İyun, 2017  11:46 Baxılıb: 1269

Bu bölmədə