Simsar.az | bizi özünüzə Simsar bilin
Polis Akademiyasında yeni rəis

DİN katibliyinin rəisi Akademiyaya göndərildi

Daxili işlər naziri Ramil Usubov Azərbaycan Polis Akademiyasına yeni rəis təyin edib. Azmir.info-nun məlumatına görə, nazirin bu gün imzaladığı əmrə əsasən general-mayor Nazim Əliyev Akademiyanın rəisi təyin olunub. N. Əliyev bu vaxta qədər DİN-də katibliyinin rəisi vəzifəsini tutub.

Bu gün R. Usubov həmçinin N. Əliyevi qəbul edib, ona tövsiyə və tapşırıqlarını verib.

2 İyun, 2011  20:38 Baxılıb: 2177

Bu bölmədə