Simsar.az | bizi özünüzə Simsar bilin
Qonşusu tərəfindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, "Quşçuluq ferması" adlanan ərazidə qeydə alınıb. Belə ki, həmin ərazidə 37 yaşlı Süleyman İsfəndiyar oğlu Rüstəmov mübahisə zəminində hər iki ayağından bir neçə bıçaq xəsarəti alıb. O, daha sonra xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. Qeyd edək ki, S.Rüstəmovun yaxınları onun qonşusu ilə mübahisə etdiyini bildiriblər.

28 İyun, 2017  15:44 Baxılıb: 1284

Bu bölmədə