Simsar.az | bizi özünüzə Simsar bilin
Gəlin özünü 8-ci mərtəbədən atıb: qaynanası ilə mübahisədən sonra

Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsi, Bəhruz Nuriyev küçəsi, ev 24 A-da qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Yaqubova Lalə Tofiq qızı özünü yaşadığı binanın 8-ci mərtəbəsindən aşağı atıb. O, ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat olunub. Həkimlər onun vəziyyətini stabil-orta ağır kimi qiymətləndirirlər və həyatı üçün heç bir təhlükənin olmadığını bildirirlər.

Yaxınlarının sözlərinə görə, hadisə gəlin və qaynana arasında baş verən və bir müddətdir davam edən münaqişə zəminində qeydə alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

23 May, 2017  09:34 Baxılıb: 1353

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası