Simsar.az | bizi özünüzə Simsar bilin
Bu gün Bakıda pulsuz elektrik qatarı işləyəcək

Bu gün keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün "Bakı-Sərnişin" stansiyasından “Koroğlu” dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.

“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, saat 18:00-dan 20:00-a kimi "Bakı-Sərnişin" stansiyasından “Koroğlu” dayanacağına yarım saatdan bir qatar işləyəcək.

Mərasim başa çatandan sonra - saat 23:30-dan saat 01:30-a kimi izləyicilərin “Koroğlu” dayanacağından "Bakı-Sərnişin" stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində “KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

22 May, 2017  10:35 Baxılıb: 1415

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası