Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başa çatır
Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başa çatacaq. Bağlanış mərasimindən əvvəl - son yarış günündə stolüstü tennis komandalarının final görüşləri keçiriləcək. Qadınlardan ibarət millimiz finalda İran yığması ilə qarşılaşacaq. 10:00 - 15:30 Kişilər komanda - final Kişilər komanda - medal mərasimi Qadınlar komanda - final Qadınlar komanda - medal mərasimi X X X Tennis turnirində fərdi yarışların qalibləri müəyyənləşəcək. 10:00 - 16:00 Kişilər fərdi - finallar Kişilər fərdi - medal mərasimi Qadınlar fərdi - finallar Qadınlar fərdi - medal mərasimi X X X Uşu yarışında ən güclülər məlum olacaq. Üçqat Avropa çempionumuz Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq) və Vüqar Kərəmov (70 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar. 11:00 - 13:40 Kişilər 48 kq Kişilər 52 kq Kişilər 56 kq Kişilər 60 kq Kişilər 65 kq Kişilər 70 kq Kişilər 75 kq Qeyd edək ki, mayın 8-də başlayan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
22 May, 2017 09:30 ⁄ Baxılıb: 2062
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |