Simsar.az | bizi özünüzə Simsar bilin
“Erkən nikah gənclik üçün bəladır”

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyə dəstəyi ilə reallaşdırdıgı  “Erkən nikah gənclik üçün bəladır” layihəsi sona çatdı. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayevanın sözlərinə görə, layihə müddətində bu əhəmiyyətli problemə diqqət  çəkə biliblər.  Bölgələrdə erkən nikahların qarşısını almaq üçün müxtəlif tədbirlər və maarifləndirmə kampaniyası aparılıb. İsmayıllı və Şamaxı rayonlarında başlayan tədbirlər Göyçay və  Zərdabda davam edib. Rayonlarda müxtəlif strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində keçiriən tədbirlərdə  əsas hədəf qrupunu təşkil edən orta məktəb şagirdlərinə təbliğat xarakterli müxtəlif materiallar təqdim olunub. Məhz bu rayonlarda erkən nikahla bağlı problemlər ciddi olduğundan layihədən daha çox sayda gəncin faydalanması məqsədilə orta məktəblərdə kütləvi tədbirlər keçirilib.  Samirə Mustafayevanın sözlərinə görə, Göyçay rayon “Gənclər Evində” keçirilən tədbirdə Göyçay rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov rayonda olan problemlərdən və onların həlli yolllarından bəhs edib. Zərdab rayonunda ida Gənclər evində baş tutan tədbirdə  Zərdab rayon Gənclər və İdman idarəsini rəisi İlkin Əliyev gənclərə  öz tövsiyyələrini verib. Bütün tədbirlərdə iştirakçıların sualları cavablandırılıb.  Mütəxəssislərin iştirakı ilə hazırlanan təbliğat vasitələri, keçirilən maarifləndirici tədbirlər, gənclərin erkən nikahların fəsadlarını daha aydın anlamağa, valideyinlərin isə problemin ciddiliyini bilməklə yanaşı  onların işin  məsuliyyətini dərk etmələrinə yardımçı olub. Həmçinin erkən nikahların doğurduğu problemlərlə bağlı ətraflı məlumat almış gənclər bu sahədə ictimai fəalliq göstərmələri üçün təlimatlandırıliblar.

 

18 May, 2017  11:13 Baxılıb: 1320

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası