Simsar.az | bizi özünüzə Simsar bilin
Romada partlayış olub

İtaliyanın paytaxtı Romanın mərkəzində, BMT-nin binasının və poçt şöbəsinin yaxınlığında partlayış olub. "RaiNews24” televiziyası xəbər verir ki, partlayış nəticəsində bir avtomobilə ziyan dəyib.

Xəsarət alanlar və hadisə qurbanları barədə məlumat yayılmayıb. Hadisə yerinə polis qüvvələri və yanğınsöndürənlər cəlb edilib. Məlumata görə, partlayışın səbəbi araşdırılır. Heç bir versiya, o cümlədən əldə qayırma qurğunun partladılması istisna edilmir.(report)

12 May, 2017  13:37 Baxılıb: 1593

Bu bölmədə