Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Pirallahı rayonunda yeni körpünün açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 11-də paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər. Simsar.az-ın məlumatına görə, “Azəravtoyol” ASC-nin prezidenti Saleh Məmmədov dövlət başçısına Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verib. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir. Dövlət başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.

11 May, 2017  11:23 Baxılıb: 1259

Bu bölmədə