Simsar.az | bizi özünüzə Simsar bilin
Dollar bu gün neçəyədir?

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın mayın 11-ə olan məzənnəsini açıqlayıb. AMB-dən Simsar.az -a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi mayın 10-u ilə müqayisədə dəyişməyərək 1,7026 manat olub. Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8544 manatdan 1,8508 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi isə 0,0293 manatdan 0,0296 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4697 manatdan 0,4746 manatadək artıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqinin məzənnəsi 2,2050 manatdan 2,2027 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6971 manatdan 0,6972 manatadək bahalaşıb.

11 May, 2017  11:00 Baxılıb: 1451

Bu bölmədə