Bakı-2017: Voleybol yarışları başlayır
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarışların 4-cü günü başlayır. Bu gün kişi və qadın həndbolçulardan ibarət komandalar arasında qrup oyunlarına yekun vurulacaq. Azərbaycanın qadınlardan ibarət yığması Türkiyə, kişilərdən ibarət millisi isə Əlcəzairlə qarşılaşacaq. TƏQVİM: 09:00 - 10:35 Kişilər Komanda Qrup oyunu B2-B3 (Mərakeş - İraq) 11:15 - 12:50 Kişilər Komanda Qrup oyunu A2-A3 (Səudiyyə Ərəbistanı - Pakistan) 13:30 - 15:05 Qadınlar Komanda Qrup oyunu A4-A2 (Özbəkistan - Kamerun) 15:45 - 17:20 Qadınlar Komanda Qrup oyunu A1-A3 (Azərbaycan - Türkiyə) 18:00 - 19:35 Kişilər Komanda Qrup oyunu B4-B1 (İordaniya - Türkiyə) 20:15 - 21:50 Kişilər Komanda Qrup oyunu A4-A1 (Azərbaycan - Əlcəzair) Yarışların 4-cü günündə kişilərdən və qadınlardan ibarət komandalar arasında voleybol oyunlarına start veriləcək. Azərbaycanın qadın voleybolçuları A qrupunda Qırğızıstan, kişi idmançıları isə Pakistandan olan rəqibləri ilə qarşılaşacaqlar. TƏQVİM: 10:00 - 12:30 Kişilər Komanda Qrup oyunu A1 (Türkiyə - Türkmənistan) 12:30 - 15:00 Qadınlar Komanda Qrup oyunu A1 (Türkiyə - Tacikistan) 19:00 - 21:30 Qadınlar Komanda Qrup oyunu A2 (Azərbaycan - Qırğızıstan) 21:30 - 23:59 Kişilər Komanda Qrup oyunu A2 (Azərbaycan - Pakistan) Bu gün, həmçinin futbol komandaları arasında qrup oyunlarının II turu keçiriləcək. İlk oyunda Kamerun yığması ilə qolsuz bərabərə qalan millimiz bu dəfə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. TƏQVİM: 10:30 - 12:30 Kişilər Komanda Qrup oyunu B3 (Oman - Türkiyə) 12:30 - 14:30 Kişilər Komanda Qrup oyunu A3 (Kamerun - Mərakeş) 16:30 - 18:30 Kişilər Komanda Qrup oyunu B4 (Fələstin - Əlcəzair) 18:30 - 20:30 Kişilər Komanda Qrup oyunu A4 (Azərbaycan - Səudiyyə Ərəbistanı) Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.
11 May, 2017 10:35 ⁄ Baxılıb: 2366
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |