Simsar.az | bizi özünüzə Simsar bilin
3 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb

Biləsuvar rayonunda üç yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə rayonun Ovçubərə kəndində baş verib. Belə ki, həmin kəndin sakini 2014-cü il təvəllüdlü Ağayev Müşfiq Eldar oğlu cərayan vurması nəticəsində ölüb. Uşağın yaxınlarının verdiyi məlumata görə, o, həyətlərindəki su quyusunun elektrik açarı ilə oynayərkən elektrik cərayanı vurub.

Uşaq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.(report)

10 May, 2017  18:34 Baxılıb: 1531

Bu bölmədə