Diana Hacıyeva "Eurovision"da çıxış etdi
Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Təmsilçimiz Diana Hacıyeva səhnəyə səkkizinci çıxaraq “Skeletons" mahnısını ifa edib. “Dihaj” təxəllüsü ilə çıxış edən D. Hacıyevanın mahnısının müəllifləri bəstəkar prodüser İsa Məlikov və Sandra Byormandır. Qeyd edək ki bu mərhələdə Azərbaycanla yanaşı, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar çıxış ediblər. İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi isə mayın 13-də keçiriləcək.
10 May, 2017 00:44 ⁄ Baxılıb: 2425
Bu bölmədə22 Noyabr, 2022 Avroviziyada Türkiyə də səs verəcək21 Noyabr, 2022 Rəşad Dağlının ailəsindən müraciət21 Noyabr, 2022 Britni Spirs “Instagram” hesabını sildi1 Noyabr, 2021 Ləman: "Sənətimə qazanc mənbəyi kimi baxmıram..." 21 Aprel, 2021 “Avroviziya”da daha bir dəyişiklik |