Simsar.az | bizi özünüzə Simsar bilin
Cəlilabadda daş salnamə aşkar edilib

Cəlilabad rayonunda daş salnamə aşkar edilib. Simsar.az Reporta istinadən xəbər verir ki,  tarixçi Elşad Əmənovun verdiyi məlumata görə, salnamənin üzərində 14 hərf-işarə var. Yazı qrafiki Mingəçevirdə, Şimali Qafqazda, Altay ərazisində, Urmiya və Ön Asiyada tapılmış yazı nümunələrinə çox oxşardır. Yazılı daşın bir üzünə baxış keçirilsə də, digər üzü torpağa bitişik olduğundan tədqiq etmək mümkün olmayıb.

Tarixçinin sözlərinə görə, bu tip yazılara Mixi yazıları dövründə də rast gəlmək mümkün olub: "Bu yazı təqribən e.ə. V əsrə aiddir. Bunun ciddi tədqiqata ehtiyacı var".

9 May, 2017  11:15 Baxılıb: 1443

Bu bölmədə