Simsar.az | bizi özünüzə Simsar bilin
Ucarda 5 otaqlı ev yanıb

Ucar rayonu, Lək kəndində yanğın qeydə alınıb. Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Ucar rayonu, Lək kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan kürsülü, birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 133 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

8 May, 2017  08:30 Baxılıb: 1311

Bu bölmədə