Elmar Məmmədyarov: "Azərbaycana kömək edin"
Seçkilərdə ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa ölkələrinin BMT yanında daimi nümayəndələri ilə görüş keçirib. Nazir Elmar Məmmədyarov ölkəmizin regionda aparıcı dövlət olmasını, Azərbaycanın enerji strategiyası və iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələr barədə danışıb. Eyni zamanda nazir Azərbaycanın BMT çərçivəsində bir sıra vacib təşəbbüslərin müəllifi olduğunu və sivilizasiyalararası dialoqa töhfə verdiyini qeyd edib. Səfirlərlə görüş zamanı nazir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumat verib. Görüşdə bir sıra qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanda müstəqil siyasətin aparılması, Azərbaycanın regionda aparıcı dövlət olması, Xəzər-Qafqaz məkanında regional əməkdaşlığın inkişafında, xüsusən regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynaması, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində bir sıra vacib təşəbbüslərin müəllifi, ölkəmizin coğrafi baxımından Avropa və Asiya arasında körpü rolunun oynaması və sivilizasiyalararası dialoqa töhfənin verməsi qeyd edilib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi barədə Asiya ölkələrinin daimi nümayəndələrinə məlumat verən Nazir Elmar Məmmədyarov BMT TŞ-nın 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsi ilə bağlı qəbul etdiyi 4 məlum qətnamənin Ermənistan tərəfindən indiyə qədər yerinə yetirilmədiyini təəssüflə qeyd edib və BMT nizamnaməsinə əsasən, TŞ-nin bu cür qətnamələrinin BMT-yə üzv olan dövlətlər tərəfindən yerinə yetirilməsi öhdəliyinin olmasını vurğulayıb.
2 İyun, 2011 17:37 ⁄ Baxılıb: 1011
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |