Simsar.az | bizi özünüzə Simsar bilin
Biləcəri-Binəqədi avtomobil yolunun bir hissəsi bağlanacaq

Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq may ayının 4-dən 5-nə keçən gecədən etibarən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Bu, "Azəravtoyol" ASC-dən Simsar.az -a daxil olan məlumatda qeyd edilib.

Hərəkətin məhdudlaşdırılması 3 gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək. Avtonəqliyyat vasitələri üçün sözügedən yola giriş yol polisinin stasionar postuna düşən yolda yerləşən dairədən və Respublika Baş Dövlət Yol Polisi İdarəsinin binasının yerləşdiyi yoldan 4 yolun kəsişməsinə düşən küçədən tam olaraq bağlanacaq. Həmçinin, həmin kəsişmədən Biləcəri qəsəbəsinin mərkəzinə getmək də mümkün olmayacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və qeyd olunan müddət ərzində alternativ yollardan istifadə etməkləri tövsiyyə olunur", - deyə xəbərdə qeyd edilib.

4 May, 2017  11:10 Baxılıb: 1399

Bu bölmədə