Simsar.az | bizi özünüzə Simsar bilin
Hamının maaşları qalxacaq

Parlamentə yeni sənət təqdim olunur

Azərbaycanda dövlət büdcəsinin dürüstləşməsi prosesi nəticəsində əmək haqlarının artırılması bütün sahələrə aid olacaq.

Bu barədə jurnalistlərə açıqlamasında maliyyə nazirinin müavinin Azər Bayramov məlumat verib.

Nazir müavini Milli Məclisin növbədənkənar sessiyasının sonuna qədər «İcbari sığorta haqqında» qanunun qəbul olunacağına ümid etdiyini vurğulayıb: «Bildiyiniz kimi, bu qanun layihəsi ikinci oxunuşdan keçib. Parlamentin müvafiq komitəsi bununla bağlı təkliflərini işçi qrupuna təqdim edib. Bu təkliflərə baxılıb, qanun layihəsinə müvafiq düzəlişlər edilməklə və aidiyyəti orqanlarla razılaşdırmaqla yenidən işlənmiş variant parlamentə təqdim edilib».

Xatırladaq ki, ötən ay parlament 2011-ci il dövlət büdcəsinin gəlirlər hissəsinin 29%, xərclərinin 25% artırılması ilə bağlı qərar qəbul edib.

2 İyun, 2011  17:32 Baxılıb: 2630

Bu bölmədə