Putin və Tramp arasında telefon danışığı olub
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub. RİA "Novosti" xəbər verir ki, bu barədə Kremldən məlumat verilib. Liderlər Suriyada terrorçuluqla mübarizədə Rusiya və ABŞ-ın fəaliyyətinin əlaqələndirilməsi perspektivlərini, həmçinin Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər. Qeyd olunur ki, Putin qarşı tərəfi gərginliyin səviyyəsini aşağı salmağa və təmkinli olmağa çağırıb. Putin və Tramp telefonla əlaqə saxlamaq barədə razılığa gəliblər və G20-nin iyulda Hamburqda keçiriləcək sammiti çərçivəsində şəxsən görüşmək fikrində olduqlarını ifadə ediblər. Liderlər, eləcə də, Suriya böhranının həlli variantlarının axtarışı üzrə xarici siyasət idarələri rəhbərləri arasında dialoqun fəallaşdırılması barədə şərtləşiblər. Qeyd olunur ki, bu, Suriyada münaqişənin real olaraq nizamlanması prosesinin işə salınması üçün zəmin yaradacaq. Putin və Trampın söhbəti Amerika prezidentinin andiçmə mərasimindən sonra sayca üçüncüdür.(Report)
3 May, 2017 10:38 ⁄ Baxılıb: 1710
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |