Çempionlar Liqasında ikinci yarımfinal oyunu keçiriləcək
Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək. "Report"un məlumatına görə, Fransa təmsilçisi “Monako” ilə İtaliyanın “Yuventus” klubunun ilk dueli Fransada baş tutacaq. Bu kollektivlər daha öncə iki dəfə qitənin ən nüfuzlu klub turnirində üz-üzə gəliblər. Turin komandası 1997/98 mövsümündə yarımfinalda, 2014/15 mövsümündə isə 1/4 finalda knyazlıq klubunu mübarizədən kənarlaşdırıb. “Yuventus” indiyə qədər ÇL-də 11, “Monako” isə 3 dəfə yarımfinal matçları oynayıb. İtaliyanlar 8 dəfə finala vəsiqə qazandıqları halda, fransızlar yalnız 1 dəfə buna müvəffəq olublar. 22:45. “Monako” (Fransa) – “Yuventus” (İtaliya) Baş hakim: Antonio Mateu Laos (İspaniya) Monako. II Lui stadionu
3 May, 2017 09:58 ⁄ Baxılıb: 1930
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |