Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda kütləvi dava - xəsarət alanlar var

Bakının Sabunçu rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Balaxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 5 naməlum şəxs 26 yaşlı Əliyev Vilayət Allahverən oğlu, 52 yaşlı Əliyev Həşim Maşi oğlu və 30 yaşlı Əliyev Elnur Cabbar oğlu ilə əlbəyaxa dava edib. Nəticədə adları qeyd olunan şəxslər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

3 May, 2017  08:58 Baxılıb: 1383

Bu bölmədə