Simsar.az | bizi özünüzə Simsar bilin
Şəkidə 2 uşaq anası intihara cəhd edib

Şəkidə 2 uşaq anası intihara cəhd edib. "Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Baş Zəyzid kəndində baş verib. Belə ki, kənd sakini, 34 yaşlı Şəlalə Paşa qızı Xəlilova intihar etmək məqsədilə sirkə turşusu içib. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

2 May, 2017  10:15 Baxılıb: 1380

Bu bölmədə