Simsar.az | bizi özünüzə Simsar bilin
66 yaşlı kişinin qulağını kəsiblər - BAKIDA

Bakıda 66 yaşlı kişinin qulağı kəsilib. "Report" xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Ağakişiyev Aleksandr Zülfüqar oğlu tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə zamanı həmin şəxslər 66 yaşlı kişini döyərək onun qulağını kəsiblər. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

2 May, 2017  10:01 Baxılıb: 1465

Bu bölmədə