BDU aprel ayı üzrə lider oldu
Medianın monitorinqini aparan Media Təqib Mərkəzi və Media Consulting and Services şirkəti 2017-ci ilin aprel ayı üzrə analiz işini yekunlaşdırıb. Media Təqib Mərkəzinin monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal, elektron vasitələrdə yayımlanan 1600 sayt, 12 televiziya və 12 radio kanalı, sosial şəbəkələr daxildir. Mərkəzin monitorinqinə əsasən, qəzet, jurnal, sayt, televiziya və radio kanallarında Bakı Dövlət Universiteti liderliyini qoruyub. Media Consulting and Services şirkətinin media monitorinq qrupu isə 10 Televiziya, 55 çap və 500 on-line media daxil olmaqla 565-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkətin aprel ayı üzrə apardığı monitorinqin nəticələrinə görə Bakı Dövlət Universiteti ilk yerdə qərarlaşıb. BDU 1405 xəbərlə birincidir. Sonrakı yerləri UNEC, BANM, ADU, ATU, AzTU, ADA, BSU, ADPU və DİA tutub.
1 May, 2017 19:15 ⁄ Baxılıb: 1156
Bu bölmədə20 Mart, 2024 İş adamı Seymur İsayevdən bayram təbriki16 Mart, 2024 Sabahın havası5 Mart, 2024 Xalqxeber.Az xəbər portalı 12 yaşında |