Simsar.az | bizi özünüzə Simsar bilin
Partiya sədrinə ağır cəza istənildi

Nemət Pənahlı 7 il 6 ay həbsxanada otura bilər

İyunun 1-də Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və Ceyhun Fərzullayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu barədə Simsar.az-a Nemət Pənahlının vəkili Samir İsayev məlumat verib. Vəkil bildirib ki, proses N. Pənahlının ifadəsi ilə başlayıb. Daha sonra həm N.Pənahlı və C.Fərzullayevin, həm də zərərçəkən Eldəniz Rzayevin çarpaz dindirilməsi həyata keçirilib. 

Bunun ardınca isə hakim istintaqın başa çatması barədə məlumat verib. Sonra dövlət ittihamçısı Əsədulla Ramazanov ittiham olunan tərəflərə cəza istəyib. O, N. Pənahlının 7 il 6 ay, C.Fərzullayevin isə 5 il azadlıqdan məhrum edilməsini və həbs müddətinin saxlanıldıqları vaxtdan hesablanmasını istəyib.

Vəkil bildirib ki, müdafiə üçün hakimdən vaxt istəyiblər. Növbəti proses iyunun 7-də keçiriləcək.

Qeyd edək ki, Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 7-də saxlanılıblar. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib

2 İyun, 2011  17:15 Baxılıb: 1519

Bu bölmədə