Simsar.az | bizi özünüzə Simsar bilin
Şəkidə dəhşət!!! Meşədə qaynını güllələdi

Şəki rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Aşağı Küngüt kəndi yaxınlığındakı meşədə baş verib. Kənd sakini, 1960-cı il təvəllüdlü Balıyev Vidadi Sübhan oğlu öz qaynı, rayonun İbrahimkənd kənd sakini, 1959-cu il təvəllüdlü Səfərov Tofiq Məhyəddin oğlunu odlu silahla güllələyərək qətlə yetirib. Hadisə şəxsi münaqişə zəminində baş verib.

Faktla bağlı Şəki şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.(trend)

1 May, 2017  11:16 Baxılıb: 1588

Bu bölmədə