Simsar.az | bizi özünüzə Simsar bilin
Tayvanda 6 bal gücündə zəlzələ olub

Tayvanın cənub-şərqində 6 bal gücündə zəlzələ olub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteoroloji Bürosu məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 09:57-də, Taydun rayonundan 163,7 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 96 kilometr dərinlikdə yerləşib.

Hələlik tələfat və ya dağıntı barəsində məlumat yoxdur.

30 Aprel, 2017  10:15 Baxılıb: 1482

Bu bölmədə