Simsar.az | bizi özünüzə Simsar bilin
Ucarda qayınana gəlinini bıçaqlayıb

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Şirvan bürosunun verdiyi xəbərə görə, Ucar rayonu Əzizbəyov küçəsində yaşayan 1995-ci il təvəllüdlü Gülnarə Seyfi qızı Rəhimova bıçaqlanıb.

Qadın yaxınları tərəfindən dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadın əməliyyat edilib və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

G.Rəhimovanın yaxınlarının “Report”un yerli bürosuna verdiyi məlumata görə, onu ailə münaqişə zəminində öz qayınanası Səidə Rəhimova bıçaqlayıb. Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

28 Aprel, 2017  20:08 Baxılıb: 1330

Bu bölmədə