Simsar.az | bizi özünüzə Simsar bilin
Abşeronda avtomobil yanıb

Abşeron rayonu, Görədil qəsəbəsində yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, Abşeron rayonu, Görədil qəsəbəsində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu və mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

28 Aprel, 2017  10:08 Baxılıb: 1359

Bu bölmədə