Simsar.az | bizi özünüzə Simsar bilin
İstanbulda avtobus partlayıb: yaralı tələbələr var

Türkiyənin İstanbul şəhərində mini avtobus partlayıb. Trend-in məlumatına görə, Pendik rayonunda Sabiha Gökçen hava limanı yolunda hərəkət edən özəl universitetlərdən birinə məxsus xidməti avtobusda baş vermiş partlayış nəticəsində 7 tələbə yaralanıb. Əraziyə xilasetmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Yol bağlanıb. Hadisənin səbəbi hələ bilinmir.

26 Aprel, 2017  18:43 Baxılıb: 1652

Bu bölmədə