Simsar.az | bizi özünüzə Simsar bilin
Fransada miqrantlar arasında toqquşmalar baş verib

Fransanın Kale şəhərində qanunsuz miqrantlar arasında toqquşmalar baş verib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, qarşıdurma Eritreya və Efiopiya vətəndaşları arasında baş verib. İnsident nəticəsində azı 10 nəfər xəsarət alıb. Polis qarşıdurmanın qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib. Məlumata görə, insident “Cəngəllik” adlanan qaçqın düşərgəsinin yaxınlığında baş verib.

26 Aprel, 2017  10:10 Baxılıb: 1555

Bu bölmədə