Simsar.az | bizi özünüzə Simsar bilin
Autizmli uşaqlar podiumda - MİLLİ GEYİMLƏRLƏ

Dünən Bakıda autizm sindromlu uşaqların moda nümayişi təşkil edilib. "Birgə və Sağlam" İctimai Birliyi və "Ümid var" Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə autizmli uşaqlar Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri modelyer-dizayner Gülnarə Xəlilovanın  paltarlarları ilə podiuma çıxıblar. Tədbirdə millət vəkili Qənirə Paşayeva, əməkdar artist Tünzalə Ağayeva və başqa tanınmış insanlar da iştirak edib. “Autizm – fərqli və bizdən biri” devizi ilə keçirilən tədbirdə həmçinin autizmi izah edən qısametrajlı filmlər də göstərilib.

Müğənnilərin musiqi töhfələrindən sonra milli geyimlərin nümayişində podiuma autizmli uşaqlar çıxıb.

25 Aprel, 2017  16:52 Baxılıb: 2846

Bu bölmədə