Simsar.az | bizi özünüzə Simsar bilin
Qənirə Paşayeva İsraildə

Deputat universitetləri ziyarət edib

İsrailin Hayfa şəhərində “Elm, texnologiya və innovasiya: Qadın və Qızlar üçün Təhsil və Treyninq” Qadın Liderlərin Beynəlxalq Konfransında iştirak edən millət vəkili Qənirə Paşayeva konfrans çərçivəsində İsrailin 3 böyük universitetini ziyarət edib. APA-nın xəbərində görə, millət vəkili Hayfa Universitetinin prezidenti Aaron Ben Zeev və rektoru David Faraqi, Herbu Universitetinin, Veizman Elm İnstitutunun rəsmiləri ilə görüşüb. Azərbaycanla elm, təhsil sahəsində əməkdaşlığın qurulmasında maraqlı olduqlarını vurğulayan universitet rəsmiləri ilə görüş və fikir mübadiləsindən sonra millət vəkili Qənirə Paşayeva onlara və universitetlərin kitabxanalarına Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını özündə əks etdirən materiallar, eyni zamanda Azərbaycan tarixi, mədəniyyəti, musiqisini özündə əks etdirən kitablar və materiallar təqdim edib. 
Millət vəkili, həmçinin Hayfa şəhərinin meri Yona Yahav, merin müavinləri ilə görüşüb. Fikir mübadiləsindən sonra millət vəkili onları Bakıya dəvət edib və onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədilən vandalizm aktlarını özündə əks etdirən materiallar, Azərbaycan musiqisi və mədəniyyəti ilə bağlı materialları təqdim edib.

2 İyun, 2011  16:51 Baxılıb: 4149

Bu bölmədə