Simsar.az | bizi özünüzə Simsar bilin
Bu küçələrdə rəngləmə işləri aparılacaq

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu  gün səhər 11:00-dan etibarən Nəsimi rayonu, Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev  sarayının arxası) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. "Azəravtoyol" ASC-dən Simsar.az -a verilən məlumata görə, görülən işlər axşam saatlarınadək yekunlaşdırılacaq.

Analoji işlər 22:00-dan etibarən isə Nəsimi rayonu, Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül və Səməd Vurğun küçələrində aparılacaq.

Bu küçələrdə isə rəngləmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

25 Aprel, 2017  11:43 Baxılıb: 1165

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası