Simsar.az | bizi özünüzə Simsar bilin
Bakı sakini bıçaqlanıb

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. 1973-cü il təvəllüdlü Əhmədov Rüstəm 4-cü mikrorayon, M.Cəlal Paşayev küçəsində naməlum şəraitdə bıçaq xəsarətləri alıb.

Çoxlu qan itirən yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb və orada əməliyyat olunub. Həkimlərin dediyinə görə, R.Əhmədovun vəziyyəti ağırdır.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsi tərəfindən hadisə yerində araşdırma aparılır.(report)

25 Aprel, 2017  10:05 Baxılıb: 1321

Bu bölmədə