Simsar.az | bizi özünüzə Simsar bilin
"Sınıq Körpü"də 4 800 ədəd siqaret aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "CM8 G2K" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Bu barədə Simsar.az -a DGK-dan məlumat verilib.

Məlumata görə, yoxlama zamanı avtomobilin salonundan, oturacaqlarının altından və içindən gömrük nəzarətindən gizlədilən 4800 ədəd "Pirveli" markalı siqaretlər aşkar edilərək götürülüb.

21 Aprel, 2017  13:26 Baxılıb: 1254

Bu bölmədə