Simsar.az | bizi özünüzə Simsar bilin
“Eurovision” qaliblərinin şərəfinə poçt markası

Markanı “Azərmarka” şirkəti 15 min tirajla buraxır

“Eurovision” yarışmasının qalibləri Eldar və Nigarın şərəfinə “Azərmarka” şirkəti tərəfindən marka çap olunur. Şirkətin prezidenti İntiqam Bağırlının “İCTNews”ə verdiyi məlumata görə, nəfis şəkildə 15 min tirajla çap olunan markalarda qaliblərimizin fotosu həkk olunacaq. Markalar çap olunduqdan sonra kütləvi şəkildə satışa buraxılacaq. Məktubların üzərinə vurulan bu markalar bütün dünyaya yayılacaq.

2 İyun, 2011  16:38 Baxılıb: 1166

Bu bölmədə