Parisin mərkəzində atışma baş verib, iki polis ölüb - YENİLƏNİB
Parisin mərkəzində baş vermiş silahlı insident nəticəsində iki polis həlak olub, daha biri isə yaralanıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, atışma zamanı yaralanan iki polisdən biri xəstəxanada keçinib.
Fransa DİN-nin məlumatına görə, hadisə yerinə yaxın üç metro stansiyası bağlanıb.
**** 00.35
Parisin mərkəzində daha bir atışma baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Bundan əvvəl Fransa paytaxtının mərkəzində atışmanın baş verdiyi, nəticədə bir polis əməkdaşının öldüyü, digərinin yaralandığı barədə məlumat verilmişdi.
Hücum edənlərin iki nəfər olduğu bildirilir. Cinayətkarlar "Kalaşnikov" tipli avtomat silahdan atəş açıblar. Onlardan biri cavab atəşi ilə öldürülüb, digəri hadisə yerindən qaçıb.
Cinayətkarın axtarışı davam etdirilir. İnsidentin terror aktı olduğu istisna edilmir.
**** 00.03
Fransa paytaxtında silahlı insident olub. APA -nın "Reuters"ə istinadən verdiyi məlumata görə, silahlı şəxs polisləri atəşə tutub.
Atışma zamanı bir polis ölüb, digəri yaralanıb. Cavab atəşi ilə silahlı zərərsizləşdirilib.
Hadisə Parisin mərkəzində, “Yelisey çölləri” adlanan küçədə qeydə alınıb. Polisin məlumatında insidentin terror aktı olub-olmadığı bildirilmir.
Hazırda ərazidə araşdırmalara başlanılıb. Sakinlərə həmin ərazilərə çıxmamaq məsləhət görülür.
21 Aprel, 2017 02:51 ⁄ Baxılıb: 1461
Bu bölmədə1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı8 İyun, 2022 İranda qatar qəzası - 17 ölü, 50 yaralı |