Simsar.az | bizi özünüzə Simsar bilin
İnşaatçılar və Tbilisi prospektləri bağlanacaq

Bu axşam saat 22:00-dan etibarən Yasamal rayonu İnşaatçılar və Tbilisi prospektlərində rəngləmə işləri aparılacaq. "Azəravtoyol” ASC-dən Simsar.az -a verilən  məlumata görə, bu, Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində icra ediləcək.

"Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - deyə məlumatda qeyd edilib.

19 Aprel, 2017  18:10 Baxılıb: 1151

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası