Simsar.az | bizi özünüzə Simsar bilin
Hulusi Kılıç:"Biz kimsədən bir şey istəmirik"

Türkiyə Ermənistana "yox" deməkdə davam edir

“Türkiyə ilə Ermənistan arasında sərhəd 18 ildir bağlıdır”

“Türkiyə ilə Ermənistan arasında sərhəd 18 ildir bağlıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunmayana, Azərbaycanın torpaqları işğaldan azad edilməyənə qədər sərhəd açılmayacaq”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib.
O bildirib ki, Dağlıq Qarabağ məsələsi bölgədə inkişafı da ləngidir: “Biz kimsədən bir şey istəmirik, yalnız torpaqların azad edilməsini istəyirik. Yalnız Azərbaycanın torpaqları azad edildikdən sonra bölgədə inkişafdan danışmaq olar”.

2 İyun, 2011  16:08 Baxılıb: 1043

Bu bölmədə