Sabah yağış yağacaq
Aprelin 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az -a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun yarımadada gecə 8-12° isti, gündüz 20-25° isti, Bakıda gecə 9-11° isti, gündüz 22-24° isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, arabir güclənən gilavar küləyinin xəzri küləyinə keçməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, 20-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.
18 Aprel, 2017 14:40 ⁄ Baxılıb: 1023
Bu bölmədə18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var17 Aprel, 2024 Hadı Rəcəbli vəfat etdi15 Aprel, 2024 Çingiz Abdullayevin səhhəti ilə bağlı vəziyyət açıqlanıb |