Simsar.az | bizi özünüzə Simsar bilin
Öz əmisi oğlunu öldürüb - ŞAMAXIDA

Şamaxıda qətl törədilib. Şamaxı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Göylər kəndində qeydə alınıb. Kənd sakini, 38 yaşlı Famil Hidayətov aralarında yaranmış mübahisə zəminində əmisi oğlu, 46 yaşlı Şəmsəddini bıçaqlayaraq öldürüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

18 Aprel, 2017  10:36 Baxılıb: 1187

Bu bölmədə