Simsar.az | bizi özünüzə Simsar bilin
Gəlin toy gecəsi sevgilisi ilə qaçdı - İMİŞLİDƏ

İmişli rayonunda gəlin toy gecəsi evdən qaçıb. Hadisə aprelin 15-də baş verib. İmişli şəhərində yerləşən “Kral” şadlıq sarayında toy mərasimi keçirilən Qaradonlu kənd sakini, 18 yaşlı Sevil Quliyeva (ad-soyad şərtidir) bəy evindən qaçıb. Onun sevdiyi oğlanla birgə qaçdığı iddia edilir.

Hadisə ilə bağlı qızın atası İmişli Rayon Polis Şöbəsinə müraciət edib. Hazırda faktla bağlı araşdırma aparılır və cinayət tərkibi müəyyən edilərsə, faktla bağlı cinayət işi açıla bilər.(avropa.info)

17 Aprel, 2017  16:06 Baxılıb: 1554

Bu bölmədə