İlham Əliyev Romada səfərdədir
Prezident iyunun 1-də Romada onun üçün ayrılmış iqamətgahda Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən Marian Lupu ilə görüşüb. Məlumatı Prezidentin rəsmi saytı yayıb. Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsinin önəmi qeyd edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanaraq bu potensialın reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıldı.
2 İyun, 2011 14:41 ⁄ Baxılıb: 1036
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |