Simsar.az | bizi özünüzə Simsar bilin
Həsən Ruhaninin prezidentliyə namizədliyi təsdiqlənib

İranın hazırkı prezidenti Həsən Ruhani qarşıdakı prezident seçkilərində iştirak etmək üçün namizədliyini təsdiqlədib.

Məlumata görə, namizədlərin qeydiyyatı aprelin 10-da Xarici İşlər Nazirliyindəki qərargahda aparılır. Qeydiyyat 5 gün davam edəcək. Aprelin 16-da isə Konstitusiya Nəzarət Şurası qeydə alınmış namizədlərin sənədlərinə baxacaq və namizədlərin yekun siyahısı aprelin 26-27-də Daxili İşlər Nazirliyi tərəfindən elan olunacaq.

İranda 12-ci prezident seçkiləri mayın 19-da keçiriləcək.(apa)

14 Aprel, 2017  19:44 Baxılıb: 1334

Bu bölmədə