Simsar.az | bizi özünüzə Simsar bilin
METYU BRAYZA SALYANDA OLUB

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza cənub bölgəsinə səfərdən qayıdarkən günün ikinci yarısında Salyanda olub

Diplomat Salyan rayon Kitabxanasında fəaliyyət göstərən Amerika Mərkəzinə baş çəkib və rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovla görüşüb. Görüş zamanı Salyan rayonunun iqtisadi potensialı, kənd təsərrüfatında həyata keçirilən layihələr, bu sahədə ABŞ-Azərbaycan birgə əməkdaşlığının perspektivləri müzakirə olunub.

2 İyun, 2011  04:28 Baxılıb: 1063

Bu bölmədə