Rusiya “Eurovision-2017”də iştirak etməyəcək
Avropa yayım birliyi rəsmi olaraq, Rusiyanın “Eurovision-2017”də iştirak etməyəcəyini açıqlayıb. RiaNovosti xəbər verir ki, təşkilatın nümayəndələri vurğulayıblar ki, Rusiyanın müsabiqədə iştirak etməsi üçün bir çox həll irəli sürsələr də, alınmayıb. Onlar Rusiya təmsilçisi Yuliya Samoylovanın videokörpü vasitəsilə çıxışını və ya təmsilçini dəyişməyi təklif ediblər. Bütün bunlar Rusiya tərəfindən rədd edilib. Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə 3 illik qadağa qoyub. Müğənni Rusiyanı “Eurovision-2017”–də “Flame Is Burning” mahnısı ilə təmsil edəcəkdi.
14 Aprel, 2017 10:37 ⁄ Baxılıb: 2353
Bu bölmədə22 Noyabr, 2022 Avroviziyada Türkiyə də səs verəcək21 Noyabr, 2022 Rəşad Dağlının ailəsindən müraciət21 Noyabr, 2022 Britni Spirs “Instagram” hesabını sildi1 Noyabr, 2021 Ləman: "Sənətimə qazanc mənbəyi kimi baxmıram..." 21 Aprel, 2021 “Avroviziya”da daha bir dəyişiklik |