Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda 27 yaşlı qadın özünü 4-cü mərtəbədən atıb

Bakıda 27 yaşlı qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. "Report" xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, Lökbatan qəsəbəsi, Səfiyev küçəsi 15, mənzil 10-da yaşayan V. Quliyeva özünü 4-cü mərtəbədən atıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, V.Quliyevanın 6 və 2 yaşında iki azyaşlı övladı var. Onun həyat yoldaşı taksi sürücüsü işləyir. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.

14 Aprel, 2017  09:49 Baxılıb: 1565

Bu bölmədə