Simsar.az | bizi özünüzə Simsar bilin
PREZİDENT İTALİYALI HƏMKARINI TƏBRİK ETDİ

Məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin hərtərəfli genişləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylər göstərəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Ciorcio Napolitanoya möhkəm cansağlığı, işlərində uğurlar, dost İtaliya xalqına sülh və rifah diləyib.

2 İyun, 2011  04:19 Baxılıb: 1077

Bu bölmədə