Simsar.az | bizi özünüzə Simsar bilin
Peterburqda partlayış baş verib, yaralanan var

Rusiyanın Sankt Peterburq şəhərində baş vermiş partlayış nəticəsində bir nəfər xəsarət alıb. “Fontanka.ru” nun verdiyi xəbərə görə, partlayış Vasilyev adasındakı Çernışevski adına kitabxananın qarşısında baş verib.

Məlumata görə, partlayıcı qurğu 14-15 yaşlı yeniyetmənin əlində partlayıb.  Partlayış nəticəsində əlsiz qalan yeniyetmə təcili xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, yeniyetmənin kitabxananın yaxınlığında yerdən götürdüyü əşya onun əlində  partlayıb.

Hadisə yerinə polis cəlb edilib. Araşdırmalara başlanılıb.(apa)

13 Aprel, 2017  23:38 Baxılıb: 1523

Bu bölmədə